player cover

Tut – Elvin Babazade

Tut cover

lyric Tut

 Günəş Xəzərdən çıxıbdır 

Hisslərimi qızdırıbdır 

Sən də yanımda olsan 

Sevgi nədir anlarsan 

Leylilər, məcnunlar xoş 

Bu sevda önündə boş 

Gəl, bir qal mənimlə 

Eşqimlə edim sərxoş

Tut əlimdən, tut əzizim 

Tut gedək uzaqlara 

Orada dəniz istidir, 

Sərilək dalğalara 

Tut içimdən qopar məni 

Yandır, ürək alışsın 

Tut əzizim, tut, qoy bizdən 

Bütün aləm danışsın! 

Baxışı, baxışı, baxışı məni yandırır 

Naxışı naxışıma axışıb odlandırır 

Gülüşü, gülüşü, gülüşü başqa aləm 

Qoşulub qaçmır məndən bu həmdəm 

Telini, telini, telini çək üzümdən 

Əlini, dilini dinc tut sən özündən 

Çıxma, çıxma, çıxma, deyil məqamı 

Tut

 Elvinin əlindən, incitmə cavanı 

Düşünürdüm sevgi yoxdur 

Bunu şairlər uydurdu, 

Amma səni görəndən 

Fərziyəm unuduldu 

Hökm sürür ehtiras 

Kimsə məni saxlamaz 

Bu ürək səninsə, 

Kimsəyə möhtac olmaz! 

About Tut

Musiqi və aranjiman: Nəğd Pul

Söz: Elvin Babazadə, Ramil Nabran

Rejissor: Emin Muradov

Operator: Rauf Gurbanaliyev

Rəssam: Zaur Abdullayev

Montaj və VFX: Murad Muradlee

Other Songs