player cover

Unut Meni – Shebnem Tovuzlu

Unut Meni cover

lyric Unut Meni

Unut məni yubanma
Çıxım gedim yadından
Əsərdə qalmasın qoy
Bu sevginin dadından

Unut məni səhərlər
Üfiq işıldayanda
Yavaşca pəncərəmdən
Budaq xışıldayanda

Unut məni,Unut məni
Bəsdir daha unut məni
Ayrılığın rüzgarı sərt
Əsdi daha unut məni

Unut məni,Unut məni
Son dəfə bir yaxşılıq et
Sən necə gəlmişdin
O cürdə get unut məni

Unut məni günorta
Külək günü əyəndə
Divanda halsız-halsız
Kitab vərəqləyəndə

Unut məni dünəndə
Unut məni bu gündə
Unut məni,Unut tamam
Səhər,günorta,axşam

About Unut Meni

Söz: İlqar Fəhmi

Mus: Nuran Ələkbərov

Aranjıman: Şakir Şükürov

Rejissor: Şəhanə Ayazqızı

Operator: Emin Hüseynov

Prodüsser:Şahanə Ayazqızı

Other Songs