player cover

Ureyimin Ogrusudur – Namiq Qarahuxurlu

Ureyimin Ogrusudur cover

lyric Ureyimin Ogrusudur

Bu həyatda qəfil gələn,
Bir sevgidir bir də ölüm
Belə qismət olmaz olsun
Sevənlərə verir zülüm

Tanrı yazır mələklərə
Deyir onlar tez qovuşsun
Duyur fələk tez ayırır
İsdəyir ki, həsrət olsun

Varsa günahım, baxma gözümə
Qaytar ürəyi, qaytar özümə

Var ümidim anlayar o
Mən deyiləm əhdə dönük
Öz-özünü danlayar o
Bilməsə də səhvi böyük

Mən nə dedim yandı canım?
Bəlkə də ən doğrusudur
Söyləyirəm bilsin hamı!
O ürəyimin oğrusudur.

Həyatımın sevgisidir,
Canım qədər sevdim onu
Tutaydı kaş əllərimdən
Bu həsrətin gəlsin sonu

Qışım donub, yazım solub
Keçmir inan bu fəsillər
Anlayarsan bəlkə bir gün,
Qiymətimi keçsə illər.

About Ureyimin Ogrusudur

İfa: Namiq Qaraçuxurlu

Söz, mus: Elvin Mehmanlı

Aranjıman: Elmin Təhməz

Səs rejissoru: Bəxtiyar Həsənov

Dizayner: Ramil Quliyev

PR Manager: İlkin Şükürov

Proyekt: Kazım Bağırov

Other Songs