player cover

Vetenime Bagliyam – Vefa Sherifova

lyric Vetenime Bagliyam

Vetenime Bagliyam

[Bənd 1]
Soruşsalar, kiməm mən, haralıyam?
Bu eldənəm, bu dağların oğluyam.
Ellər mənim, dağlar mənim oylağım,
Həm aranlı, həm də qarabağlıyam.

[Keçid]
Vurğunuyam təbiətin, çöllərin,
Vurğunuyam meşələrin, göllərin.
Seyrinə gəl bizim gözəl ellərin,
Öz eşqimlə vətənimə bağlıyam.

[Nəqarət]
Həm aranlı, həm də qarabağlıyam,
Öz eşqimlə vətənimə bağlıyam.
Dağlar oğlu, həm də qarabağlıyam,
Öz eşqimlə vətənimə bağlıyam.

[Bənd 2]
Axtar məni dağların zirvəsində,
Axtar məni çinarın kölgəsində,
Axtar məni saf suların səsində,
Öz eşqimlə vətənimə bağlıyam.

[Keçid]
Vurğunuyam təbiətin, çöllərin,
Vurğunuyam meşələrin, göllərin.
Seyrinə gəl bizim gözəl ellərin,
Öz eşqimlə vətənimə bağlıyam.

[Nəqarət]
Həm aranlı, həm də qarabağlıyam,
Öz eşqimlə vətənimə bağlıyam.
Dağlar oğlu, həm də qarabağlıyam,
Öz eşqimlə vətənimə bağlıyam.

[Bənd 3]
Soruş məni dağda əsən yellərdən,
Coşub daşan dəli-dəli sellərdən,
Soruş məni çiçəklərdən, güllərdən,
Öz eşqimlə vətənimə bağlıyam.

[Keçid]
Vurğunuyam təbiətin, çöllərin,
Vurğunuyam meşələrin, göllərin.
Seyrinə gəl bizim gözəl ellərin,
Öz eşqimlə vətənimə bağlıyam.

[Nəqarət]
Həm aranlı, həm də qarabağlıyam,
Öz eşqimlə vətənimə bağlıyam.
Dağlar oğlu, həm də qarabağlıyam,
Öz eşqimlə vətənimə bağlıyam.

About Vetenime Bagliyam

Söz: Mirvari İlham
Musiqi: Ceyhun Qurbansoy
Aranjıman: İsmayıl Əlizadə
Saz: Ceyhun Sazmen
Rejissor: Dadaş Ağayev
Stilist: Mikayıl Hüseynov
Vizajist: Elman Hacıyev
PR Menecer: Nadir Kərimov

Other Songs