lyric Xeyallar Fesli
[Bənd 1]
Gedirəm uzaq,başlayıram yeni bir yola.
Ürəkdə,keçmişin yeri mi dolar ?
Danışır,içimdə biri,
Mən uduzanların içindən biri.
Yalanım olmadı mənim,danışıram olanı
Və istəmirəm islanım yağışında buranın,
Yetər daha sevgidən danışmayın birdə mənə,
İnanıram axı sonra alışıram yalana .
[Keçid]
Sonda yalnız qalmaq var ,
Yorulmuşam yara almaqdan,
Bax,tökülür yarpaqlar .
[Nəqərat]
Gedir həyatımın o xəyallar fəsli,
Dəyişirəm şəhəri, evimin adresini,
Qırıb atıram telefon nömrəsini,
İstəmirəm eşidim səsini .