lyric Yalan Oldu
[Bənd 1]
Sevdim səni deyə-deyə
And içmişdik yerə-göyə
Sevdim səni deyə-deyə
And içmişdik yerə-göyə
Bu eşq döndü xatirəyə
Keçən keçdi, olan oldu
Bu eşq döndü xatirəyə
Keçən keçdi, olan oldu
[Nəqərat]
İllər ötər, izi qalar
Xatirələr yada salar
İllər ötər, izi qalar
Xatirələr yada salar
Gəzdiyimiz gül bağçalar
Xəzan düşdü, talan oldu
O sevgidən xatirələr
Bu dünyada qalan oldu
[Bənd 2]
Söndü ocaq, yandı külü
Nə sızlarsan zülm-zülm?
Söndü ocaq, qaldı külü
Nə sızlarsan zülm-zülm?
Nə ayrılıq, nə də ölüm
Bizi ayrı salan oldu
Nə ayrılıq, nə də ölüm
Bizi ayrı salan oldu
[Nəqərat]
İllər ötər, izi qalar
Xatirələr yada salar
İllər ötər, izi qalar
Xatirələr yada salar
Gəzdiyimiz gül bağçalar
Xəzan düşdü, talan oldu
O sevgidən xatirələr
Bu dünyada qalan oldu
[Çıxış]
Ay dolandı, il ötüşdü
Elə bilmə, ayrı düşdük
Ayrılıq da bir görüşdür
Ölüm-itim yalan oldu
Ölüm-itim yalan oldu
O sevgidən xatirələr
Bu dünyada qalan oldu
O sevgidən xatirələr
Bu dünyada qalan oldu
Bu dünyada qalan oldu