lyric Yandim Geceler
Mənə bir dəfə güldü və
qəlbimi odlara, alovlara atdı,
Yandım necə mən?!
İnandım necə mən?!
Sevə bilmədim bir daha heç kimi,
Getdi və gün əbədi batdı
Qaranlıq gecələr...
Yandım gecələr gözlərinə...
Bəlkə də yenə biri inanar,
Sən demə sarılırıq ilana.
Hər gecə mənə dərd bu şəhər,
Bu şəhər abad, mən elə hey viranam!
Sən bəzə yenə mənzərəmi,
Gül, yenə sənə xəstələnim.
Mən zahirən buz dağı,
Daxilim vulkan, fırtına, zəlzələdi!
Mənə bir dəfə güldü və
qəlbimi odlara, alovlara atdı,
Yandım necə mən?!
İnandım necə mən?!
“-Hər şey keçərmiş zamanla” dedilər,
Amma keçmədi qaldı!
Olmadı vecinə,bu qəlb necə yandı..
Söykənib, bərk görüb qayamı sandın?
Sən getdiyin o yollarda
Xəyalların izləri qaldı.
Simanı qəlbinin aynası zənn edib,
Sevindim ki, daha cənnəti tapdım!
Mənə bir dəfə güldü və
qəlbimi odlara, alovlara atdı,
Yandım necə mən?!
İnandım necə mən?!