player cover

Yar Qasidi – Ozan Ahmedov

Yar Qasidi  cover

lyric Yar Qasidi

[Bənd 1]
Sən yarımın qasidisən
Əyləş, sənə çay demişəm
Xəyalını göndəribdir
Bəs ki mən ah-vay demişəm

Ax, gecələr yatmamışam
Mən sənə laylay demişəm
Sən yatalı mən gözümə
Ulduzları say, demişəm

Hər kəs sənə ulduz deyə
Özüm sənə Ay demişəm
Səndən sonra həyatə mən
Şirindirsə, zay demişəm

İndi yaya qış deyirəm
Sabiq qışa yay demişəm
Gah toyunu yadə salıb
Mən dəli nay-nay demişəm

About Yar Qasidi

Musiqi:                      Ozan Ahmedov 

Söz:                            Məhəmməd Hüseyn Şəhriyar

Miks və masterinq: SarkhanBeats

Aranjiman:                SarkhanBeats

Gitara:                        Mehdi Mamedov

Menecer:                   Yaqub Yaqubov 

Prodüser:                  Rauf Muradov

Other Songs