player cover

Yarimsan – Naili Imran

Yarimsan cover

lyric Yarimsan

Sən mənim ürəyim ,mənim yarımsan .
Yaxşı ki,, dünyada mənim varımsan .
Hamı arzularla yaşar hər zaman,
Sən  mənim büsbütün arzularımsan .

Sən oldun könlümə yar olan adam,
Hər zaman yanımda var olan adam.
O qədər ürəkdən sevirəm səni,
Xəstənin könlündə nar olan adam.

İstərəm hər zaman mehriban olaq,
Bir ürək, bir damar eyni qan olaq.
Olmasın ayrılıq həyatımızda,
Biz iki bədəndə eyni can olaq.

About Yarimsan

Söz/Mus : Rahil Kərimov 

Aranj : Elçin Davudoğlu

Other Songs