player cover

Yorgunam – Vusal Haciyev

Yorgunam cover

lyric Yorgunam

[Bənd 1]
Başımın üstündə
Pərvanələr rəqs edir
Başıboş deyiləm
Sənə namələr yazmışam
Musiqini qoş, deyirəm

[Keçid]
Mənə elə baxma, bilirəm, gözüm axır
Amma sərxoş deyiləm

[Nəqərat]
Yorğunam
Şair deyiləm, amma
Mən sənə vurğunam
Sən bir zinətsən, mən də soyğunam
Ən zərif bir duyğun var
Ona uyğunam
Amma yorğunam
Yorğunam

[Bənd 2]
Dünya dağılsın, ya da dağılmasın
Mənə nə fərqi?! 
Məni elə süzmə, şairin
Səndən başqa nə dərdi?!
Səndən sevgi görməsəm
Olar məndəki hisslər didərgin

Zaman dayansın
Sənə baxım doyunca
Çatır dünyaya ərkim
Sənə namələr yazmışam
Musiqini qoş, deyirəm

[Keçid]
Mənə elə baxma, bilirəm, gözüm axır
Amma sərxoş deyiləm

[Nəqərat]
Yorğunam
Şair deyiləm, amma
Mən sənə vurğunam
Sən bir zinətsən, mən də soyğunam
Ən zərif bir duyğun var
Ona uyğunam
Amma yorğunam
Yorğunam

About Yorgunam

Musiqi və söz:         Yap10 

Aranjiman:               Vüsal Həsənov

Miks və masterinq: Emin Karim stkha_official 

Vokal prodüser:       İsmayıl Əsədov

Videoqraf:                Elvin Əhmədov

 

Other Songs