player cover

Yoxam Men – Miri Yusif

Yoxam Men  cover

lyric Yoxam Men

 [Bənd 1] 

Bu sənin... 

Bu sənin günahındır ki, yoxam mən 

Fəsillər gətirməz ömrün baharını nədən? 

Ürəyim doludur... 

Sevgidən gözü toxam mən 

İtirib gedirəm qəlbimin giriş açarını 

Ürəyim doludur... 

Sevgidən gözü toxam mən 

Bu sənin... 

Bu sənin günahındır ki, yanında yoxam mən 

[Nəqərat] 

İllər keçsə də 

Qəlbim başqasını seçsə də 

Mən səni satmaram 

Dünyanın ən böyük varına 

Son qərardan uzun illər keçsə də 

O qəlbin başqasını seçsə də

 Bu sevgi kül olub, küləklər sovurub 

Bir də yoxam mən 

[Bənd 2] 

Bu sənin... 

Bu sənin sınağındır ki, yoxam mən

 Bu yollar uzanır kimsəsiz sahilə tərəf 

Kölgəndə, dövrəndə 

Dolaşan azğın ruham mən 

Dərdlərə əyilməz qapanmış ağrılara hədəf 

Kölgəndə, dövrəndə 

Dolaşan azğın ruham mən 

Bu sənin... 

Bu sənin günahındır ki, yanında yoxam mən 

[Nəqərat] 

İllər keçsə də 

Qəlbim başqasını seçsə də 

Mən səni satmaram 

Dünyanın ən böyük varına 

Son qərardan uzun illər keçsə də 

O qəlbin başqasını seçsə də 

Bu sevgi kül olub, küləklər sovurub 

Bir də yoxam mən İllər keçsə də 

Qəlbim başqasını seçsə də 

Mən səni satmaram 

Dünyanın ən böyük varına 

Son qərardan uzun illər keçsə də 

O qəlbin başqasını seçsə də 

Bu sevgi kül olub, küləklər sovurub 

Bir də yoxam mən 

About Yoxam Men

Musiqi və söz: MC Murad 

Gitara: Anar İsayev 

Saksofon: Fərid Mailov 

Bas gitara: Anar İsayev 

Bek vokal: Günay Mirbabayeva

Other Songs