lyric Yuxu
Bu gecə yuxuma gəlmişdin mənim,
Soruşdum halını, yaxşısan dedin.
Gözlər o gözlərdi,baxışın özgə,
Özün də gözümə birtəhər gəydin.
Danışdın uzaqdan, yaxından bir az,
Kecən günlərini sən salıb yada.
Köhnə xatirələrin , kecən illərin,
Acısın şirinin sən dada dada.
Bir sevgi omrünün odundan kecib,
gəlmişdin yuxuma bu gecə mənim,
Gəlmişdin sən mənə bəlkə deyəsən,
Sevgım sığınıbdı bir küncə mənim
Gəlib yaddaşımı oyatdın yenə,
Köksünü ötürə ötürə belə!
Dedim darıxmışam mən də səninçün,
Axdı yanağına yaş gilə gilə!